"Milan"ın hücumçusu Fernando Torres keçmiş klubları "Çelsi" və "Atletiko" ilə olan münasibətindən danışıb. Futbolinfo.az xəbər verir ki, ispan hücumçu İspaniyaya qayıtmaq ehtimalından da bəhs edib:
 
"Mourinyo mənə qarşı həmişə yaxşı olub. Getmək qərarını özüm vermişdim. Çünki daha çox şeyə ehtiyacım vardı. Özümü lazımsız hiss etmək istəmirdim. "Atletiko"ya yayda qayıtmaq üçün real imkan yaranmamışdı. Müəyyən şübhələr vardı. Bunlar mənim xoşuma gəlmirdi. Dəfələrlə demişəm ki, Madridə karyeramı bitirmək üçün qayıtmaq istəmirəm. "Atletiko"ya o vaxt keçrərəm ki, rəqabətə motivasiyam olsun. Çünki hazırda klub ötən illərdəkindən xeyli fərqlənir. Hər həftə onları izləyirəm".
Shares: