Robert Prosneçki Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı iddialara cavab verib. Futbolinfo.az xəbər verir ki, Serbiya mətbuatında danışan 45 yaşlı mütəxəssis AFFA nümayəndələri ilə görüşməsini təsdiqləyib.
Xorvatiyalı çalışdırıcı hələ ki, Azərbaycana gəlmək fikirində olmadığını bildirib: "Bəli, bu həftə Fransada olduğum doğrudu. Orada Azərbaycanlı nümayəndələrlə görüşdük. Onlar mənə dedilər ki, səni milli komandamızın baş məşqçi postunda görmək istəyirik. Amma onlarla konkret söhbətimiz olmadı. Mənə bu posta namizədlərdən biri olduğumu dedilər. Aramızda sadəcə bir görüş olub. Hamısı budu. Orada nəsə qəti qərar verilmədi. Hələ ki, Bakıya getməyi planlaşdırmıram".