Almaniyanın "Bayer” klubunun türk əsilli futbolçusu Ömer Toprak İngiltərə klublarının maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti iddia ilə çıxış edib. Mənbə "Mançester Yunayted", "Liverpul" və "Tottenhem”in alman oyunçu ilə ciddi şəkildə maraqlandığını yazıb.
 
Qeyd edək ki, Ömerin Leverkuzen təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatacaq. Xüsusilə də müdafiə ilə bağlı problemlər yaşayan MY-nin bu transferə ciddi yanaşdığı bildirilir.
Shares: