"Liverpul"un kapitanı Stiven Cerrard İngiltərənin "The Telegraph" qəzetinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu bir sıra maraqlı açıqlamalarla yadda qalıb. Cerrard çıxış yolu olmadığı təqdirdə "Liverpul"u tərk edəcəyini vurğulayıb: “Bu yay karyeramı başa vurmaq istəmirəm. Hələ bir müddət oynayacam. "Liverpul" və ya başqa klubda çıxış edəcəyimi isə bilmirəm. Qərarı klub qəbul etməlidi”.
Cerrard klubun ötən mövsümə nisbətən uğursuz çıxışına da münasibət bildirib: “Luis Suares "Liverpul"dan gedəndə bilirdim ki, belə olacaq. Titula yaxınlaşan dönəmdə aparıcı oyunçuları heyətdə saxlamaq lazımdı. Mən Fabreqas və Kostanı komandada görmək istərdim. Amma anlayıram ki, bu, klub rəhbərliyinin işidi və mən "Liverpul" oyunçusuyam. Kluba gənc istedadlar gətirmək istəyirlər. Biz maddi baxımdan "Mançester Siti" və ya "Çelsi"nin vəziyyətində deyilik. Orda məşqçilər hər hansı oyunçuda eniş hiss edən kimi dərhal onu göndərib 1-2 yeni transfer edir. Ola bilsin ki, bu mövsüm "Liverpul" Suaresin transferindən əldə edilən vəsait sayəsində daha fəal oldu. Amma "Tottenhem"da gördüyünüz kimi, 5 yeni oyunçu komandanın oyununu dəyişə bilir. Luis komandada olsaydı, biz uğursuz nəticə qazanılan bəzi matçlarda qalib gələ bilərdik. Əlbəttə ki, Daniel Staric də formada olsaydı, uğur qazanmaq asanlaşardı. Əgər Suares tipində, Staricin potensialında oyunçuların xidmətindən məhrum olunursunuzsa, komandanın çıxışında eniş-yoxuşların olması normaldı".