"Arsenal"ın hücumçusu Olivie Jiru tezliklə məşqlərə başlayacaq. Futbolinfo.az xəbər verir ki, bu haqda "topçular"ın baş məşqçisi Arsen Venger məlumat verib: "Jirunun işləri yaxşı gedir. O, bərpa müddətini üç həftə qabaqlayıb. Düşünürəm ki, yığma komandaların oyunlarından sonra məşqlərə başlayacaq".
 
Xatırladaq ki, fransız forvard İngiltərə Premyer Liqasının 2-ci həftəsi çərçivəsində "Everton"la oynanılan matçda sıradan çıxmışdı.
 
Amma Jirunun sağalması ilə yanaşı, başqa bir oyunçunun zədələnmə xəbəri bərabər gəlib. Söhbət Cek Uilşirdən gedir. İngiltərə Premyer Liqasının X turu çərçivəsində "Bernli" ilə oynanılacaq matçda o, komandasına kömək edə bilməyəcək.
 
London klubunun rəsmi saytının xəbərinə görə, ingilis futbolçu məşq zamanı dizindən zədə alıb.
 
Cari mövsümdə 9 matçda forma geyən Uilşir 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: