"Olimpiakos"un müdafiəçisi Erik Abidal mövsümün sonunu gözləməmiş karyerasını bitirmək istəyir. Futbolinfo.az xəbər verir ki, cari ilin yayında "Monako"dan yunan klubuna keçən fransız oyunçu liqanın səviyyəsindən narazıdı və müqaviləsini ləğv etmək fikrinə düşüb.
35 yaşlı futbolçu dekabrda butslarını mıxdan asaraq, birvaxtlar çıxış etdiyi İspaniyaya qayıtmaq istəyir. O, burada "Barselona"nın gənclərdən ibarət komandasında məşqçi olmağı planlaşdırır.
Xatırladaq ki, 2013-cü ildə katalon klubu sözügedən vəzifəni Abidala təklif etmişdi. Lakin o zaman Erik təklifi qəbul etməmişdi və "Monako" ilə anlaşmışdı.