"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransa "Sent-Etyen"i qapıçısı Jessi Mulenlə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, Liqa 1 təmsilçisi 28 yaşlı qolkiperin 2016-cı ildə başa çatacaq müqaviləsini daha 2 il uzadıb.
Qeyd edək ki, "Sent-Etyen" klubunun yetirməsi olan fransalı qapıçı 2008-ci ildə əsas komandaya daxil edilib.