“Sumqayit” üzərindəki səfər qələbəsindən sonra “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq Zaqatalanın “Simurq” komandası ilə görüşün hazırlığına start verib.
Hazırda Cahangir Həsənzadə, Ağabala Ramazanov və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmir və qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər.
“Xəzər Lənkəran” bu gün saat 16.00-da oyun öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. Xatırladaq ki, 11-ci tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”- “Simurq” görüşü saat 17.00-da başlayacaq. (klub saytı)