"Şalke"nin aparıcı futbolçusu Yulian Draksler ilin geri qalan hissəsində meydana çıxa bilməyəcək. Futbolinfo.az xəbər verir ki, Bundesliqada "Auqsburq"la görüşdə rəqiblə mübarizədə sıradan çıxan Almaniya millisinin üzvü matçın 20-ci dəqiqəsində əvəzlənib. Oyundan sonra Drakslerin ombasındakı zədənin ciddi olduğu ortaya çıxıb. Onun birinci dövrənin sonuna kimi oynamayacağı dəqiqdi.
 
Cari mövsümdə Bundesliqada 8 qarşılaşmada forma geyən Draksler 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: