Avropa Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ" da növbəti matçına çıxıb.
 
Təmsilçimizin rəqibi isə Bakıda qolsuz bərabərə qaldığı Fransa "Sent-Etyen"i idi. Bir neçə əsas oyunçusunun zədəli olmasına baxmayaraq, Qurban Qurbanovun komandası bu matçda maksumum nəticə qazanıb, növbəti mərhələyə adlamaq şansını yaxşılaşdırmaq istəyirdi.
 
Nəticədə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Beləliklə, "atlılar" Fransada qələbə qazana bilməsələr də, vətənə xalla yollana bilib. 
 
 
Avropa Liqası, qrup mərhələsi
5-ci tur
 
27 noyabr
 
F qrupu
"Sent-Etyen" – "Qarabağ" – 1:1 
QOL: V. Volfsvinkel, 21 – V. Nadirov, 15
Baş hakim: Kristin Yakobsson
Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson
Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson
Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)
Sent-Etyen. “Ceffri Quiçard” stadionu
 
"Sent-Etyen": 16. Stefan Ruffier, 2. Teofile Katarine, 20. Conatan Brison, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement, 10. Renaud Çohade, 18. Fabien Lemoine, 24. Loik Perrin (k), 7. Maks-Alain Qradel, 13. Van Volfsvinkel, 21. Romain Amuma.
Ehtiyat oyunçular: Jessi Moulin, Baysse, Benjamin Korqnet, Poqba, İsmail Diomande,Yohan Mollo,  Monnet-Paquet.
Baş məşqçi: Kristof Qaltye
 
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7 Namiq Yusifov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17.Vüqar Nadirov.
Ehtiyat oyuncular: Fərhad Vəliyev, Admir Teli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Namiq Yusifov, Hacı Əhmədov, Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov
 
Shares: