Bir müddət Türkiyənin "Qalatasaray" klubunda çıxış edən futbolçu Albert Riera işsiz qalıb. Futbolinfo.az xəbər verir ki, son olaraq İngiltərə aşağı liqa təmsilçisi “Vetford”un şərəfini qoruyan 32yarımmüdafiəçi özünə klub tapa bilmir. 
 
Belə ki, Türkiyədən "Udineze" klubuna yollanan ispaniyalı orada da özünü doğrulda bilməyib və İngiltərəyə üz tutub. O, icarə əsasında çempionşip klubu “Vetford”da çıxış etdikdən sonra rəhbərliklə görüşərək müqaviləsini qarşılıqlı şəkildə ləğv edib. 
 
2011-14-cü illərdə İstanbul təmsilçisində forma geyən Riera bu mövsüm "Udineze"də  cəmi 1 oyun keçirə bilib və heç nə ilə yadda qalmayıb.
Shares: