Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sent Etyen” “Qarabağ”ı qəbul edib. Futbolinfo.az xəbər verir ki, oyun sonrası ev sahiblərinin baş məşqçisi Kristof Qaltye mətbuata açıqlama verib.
 
Fransalı mütəxəssis evdəki 1:1 hesablı heç-heçəni belə şərh edib: “Oyunda əhəmiyyətli epizodlar oldu. Mən bu barədə danışmaq istəyirəm. Biz çox vaxt fransalıların müdafiəyə təhkimləndiyini söyləyirik, amma xaricdə baş verənləri danışmırıq. Hakim demək olar ki, meydanda görünmədi. “Qarabağ”ın yeganə çatışmazlığı hücum silahının olmaması idi. İlk hissədə Van Volsfinkel əlindən gələni etsə də, istədiyinə nail ola bilmədi. “Qarabağ”ın isə keyfiyyətini sorğulaya bilmərəm”.
 
O, növbəti tur üçün şanslarını da qiymətləndirib: “Bundan sonra taleyimiz öz əlimizdə olmalıdı. Kiyevə qələbə qazanmaq üçün gedəciyik. “Qarabağ” “İnter”i evində məğlub edə bilər. Ümid edirəm ki, əksi olar”.
 
“Ağ yaşıllar”ın çalışdırıcısı komandasından razı qaldığını bildirib: “Oyunçularımın meydanda etdiyindən narazı deyiləm. Bu ssenari bizim üçün ən gözlənilməz oldu. Rəqib sadəcə bir dəfə çərçivəni nişan aldı. Sonra ikinci hissədə hesabı qorumağa çalışdılar. Cərimə meydançası daxilində daha ədalətli olmaq lazım idi. Müdafiədə sıx oynadıqları üçün boşluq tapmaq olmurdu. Oyun ərzində fiziki yorğunluq özünü göstərdi”.
Shares: