Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qrupumuzda digər bir oyun baş tutub. Futbolinfo.az xəbər verir ki, “İnter” doğma meydanda “Dnepr”i 2:1 hesabı ilə məğlub edib.
 
İtaliya klubunun baş məşqçisi Roberto Mançini oyundan sonra mətbuata açıqlama verib: "Dnepr”in heyətində Konoplyenka yaxşı təsir bağışladı. Lakin bizim komandaya uyğun futbolçu deyil. Qarşıda “Roma” ilə çətin oyunumuz var. Bu barədə sonra düşünəcəyik. Əsas odur ki, bu gün qələbə qazandıq. Azərbaycandakı oyunda birinci pilləni tutmaqla bağlı narahatçılıq keçirmək istəmirdik”.
 
Təcrübəli mütəxəssis bəzi futbolçularının oyununu da dəyərləndirib: “Pablo Osvaldo uzunmüddətli zədə almışdı. Onun karyerası və dəyəri haqqında özünüz bilirsiniz. Osvaldonu transfer etməyə hələki hazır deyilik. Ranokkiya bu gün tam hazır olmasa da, komanda ilə birgə yaxşı oyun göstərdi. Handanoviçli bununla da 6-cı penaltini qurtarmış oldu. Olduqca bacarıqlı qolkiperdi. Hədəfimizə çatmaqda bizə kömək edə biləcək gücdədi”.
Shares: