Braziliya və dünya futbolunun canlı əfsanəsi Pelenin səhhəti ilə bağlı problemlər davam edir. Futbolinfo.az xəbər verir ki, “sambaçı” son olaraq San Paulu şəhərində yerləşən "Albert Eynşteyn" adına xəstəxananın reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb.
4 gün əvvəl idrar yolları infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilən "futbol kralı"nın xüsusi qayğıya ehtiyac duyduğu bildirilir. Pelenin xəstəliyi noyabrın 13-də əməliyyat olunandan sonra aşkar edilmişdi. Braziliyanın "O`Globo" agentliyi Peleyə infeksiya üçün lazımi dozada dərman verilmədiyindən şübhələnir.