Məlum olduğu kimi "Qalatasaray" rəhbərliyi baş məşqçi Çezare Prandelli ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, klubun vitse-prezidenti Abdulrahim Albayrak da mətbuata açıqlamasında bu xəbəri təsdiqləyib. 
 
Boş qalan posta müxtəlif namizədlərin adı hallanır. Dünən bəzi yerli mətbuat orqanlarında rəhbərliyin bundan əvvəl də müxtəlif dövrlərdə 3 dəfə "sarı – qırmızılar" çalışdırmış və hazırda milli komandanın başında duran Fatih Terimlə danışıqlar aparması barədə söz-söhbət yayılıb. Lakin İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə bu xəbəri təkzib edib və Terimlə heç bir danışıqlar aparmadığını deyib. 
 
Xatırladaq ki,  Prandelli cari mövsümün əvvəlindən "Qalatasaray" çalışdırırdı.
Shares: