Topaz Premyer Liqasının 14-cü turunda doğma arenada "Qarabağ"la qarşılaşacaq "Simurq" hazırlıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" ilə oyundan sonra iki günlük istirahət edən Georgi Çixradzenin yetirmələri, gündə bir dəfə olmaqla məşqə çıxır.
Çalışmalarda uzun müddətdi zədədən əziyyət çəkən Banas Adam və Murad Səttarlıda iştirak edir. Onların Ağdam təmsilçisinə qarşı oynayıb-oynamayacağı komadanının həkimi və məşqçilər korpusunun qərarından asılı olacaq.
Onu da əlavə edək ki, "atlılar"la görüşdə zədəli Vüqar Mustafayev və sarı vərəqə limitini dolduran İlkin Qırtımov forma geyinə bilməyəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 30-da keçiriləcək "Simurq" – "Qarabağ" matçı saat 17:00-da start götürəcək və "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)