Dünən UEFA Avropa Liqasının 5-ci turunda keçirilən 24 oyundan biri son anda təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, söhbət E qrupunda mübarizə aparan "Eştoril" (Portuqaliya) və PSV (Hollandiya) klubları arasındakı qarşılaşmadan gedir.
 
Yağışlı hava şəraitinə görə birinci hissədən sonra dayandırlan matçın nə vaxt keçiriləcəyi müəyyənləşib. Həmin görüşün ikinci hissəsin bu gün Bakı vaxtı ilə 20:00-da oynanılacaq. 
 
Xatırladaq ki, ilk hissə 3:2 hesabı ilə "Eştoril"in xeyrinə başa çatmışdı.
Shares: