“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent Etyen”lə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, səfərdə rəqiblə 1:1 hesabı ilə heç-heçəyə razılaşan “atlılar” büdcəsini yenidən zənginləşdirib.
 
Ağdam təmsilçisi bu bərabərliklə hesabına daha 100 min avro əlavə edib. “Qarabağ” klubu cari mövsümdə AL-in qrup oyunlarında əldə etdiyi nəticələr hesabına UEFA-dan 400 min avro qazanıb. 
 
Qeyd edək ki, UEFA hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro mükafat verir.
Shares: