UEFA Avropa Liqasında keçirilmiş “Sent-Etyen” – “Qarabağ” stadiondan izləyən Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Robert Prosineçki fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, AFFA-nın saytına danışan xorvatiyalı mütəxəssis 1:1 başa çatan oyunla bağlı bu sözləri deyib:
 
“Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.
Shares: