Madrid "Real”ının loqosunda dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, buna səbəb yeni sponsorun qoyduğu tələbdi. 
 
"Kral Klubu" ötən günlərdə Əbu-Dabi Milli bankı ilə imzaladığı üçillik müqavilədən sonra öz emblemindəki ənənəvi xristian xaçını silmək qərarına gəlib. Loqonun yuxarı hissəsindəki xaç götürülüb.
 
Yeni loqotip Yaxın Şərqdə, əsasən müsəlman ölkələrində istifadə olunacaq deyə, hər iki tərəf belə qərar verib.
Shares: