Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq İtaliya ”İnter”i komandanı gücləndirir. Futbolinfo.az xəbər verir ki, rəqib komandanın yeni məşqçisi Roberto Mançini klub rəhbərlikdən daha bir futbolçunun transferini tələb edib.
 
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, söhbət “Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persidən gedir. İtalyanlar 30 yaşlı futbolçunu rənglərinə bağlamaq üçün “qırmızı şeytanlar”a 10 milyon funt-sterlinq ödəməlidilər. Buna səbəb futbolçu ilə klub arasında müqavilənin davam etməsidi.
 
Hətta ingilislər Van Persi ilə müqaviləni uzatmaq üçün ona həftəlik 250 min funt-sterlinq təklif edib. Mançininin isə ulduz futbolçu üçün 24 milyon funt-sterlinq və üstəlik 10 milyon funt-sterlinq təzminat  ödəməyəcəyinə inam elə də böyük deyil.
Shares: