“Xəzər Lənkəran” klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “İnter” matçında “Xəzər Lənkəran” klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş etmişdi. Futbolinfo.az xəbər verir ki, Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə (İK) müraciət edib.
İK matçın videoyazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra aşağıdakı qərarı qəbul edib:
" Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “İnter” matçının 59-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqə hakim tərəfindən epizod duzgün qiymətləndirilmədiyinə görə ləğv edilir".
(AFFA)