Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki çempionatımızdakı növbəti oyunları izləyəcək. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının 14-cü turunda noyabrın 29-da keçiriləcək “Bakı” – “İnter”, “Neftçi – “Qəbələ” oyunlarını və ertəsi gün Zaqatalada baş tutacaq “Simurq” – “Qarabağ” qarşılaşmasını izləyəcək.
 
Qeyd edək ki, 45 yaşlı çalışdırıcı ötən turda keçirlən "Xəzər Lənkəran" – "Neftçi" (2:2) matçını da stadiondan izləmişdi.
 
(AFFA)
Shares: