FİFA-da növbəti rüşvət araşdırlmasına start verilib. Futbolinfo.az xəbər verir ki, İcraiyyə Komitəsi üzvlərinin rüşvət alıb-almaması ətrafında qurumun Etika Komitəsinin sədri Maykl Qarsia tərəfindən araşdırmalar aparılır.
Anhel Vilyar Liona (İspaniya), Mişel D`Uqi (Belçika) və Voravi Makudi (Tayland) FİFA kodeksinin pozulması şübhəsi ilə daha çox araşdırlır. İcraiyyə Komitəsinin keçmiş üzvü Franz Bekkenbauerin 2018 və 2022-ci il Mundialının ev sahibliyi məsələsinin müəyyənləşdirilməsində iştirakı üzərində də təhqiqat aparılır. Təhqiqatın nə qədər davam edəcəyi məlum olmasa da, əhəmiyyətli fakt aşkar olunarsa, ictimaiyyətə elan ediləcəyi bildirilib.
Qeyd edək ki, ABŞ-da FTB də qarşıdakı Mundialların ev sahibliyinin müəyyən edilməsində rüşvət ehtimalı ilə əlaqədar müstəqil araşdırmalar aparır. Buna səbəb isə FİFA-ya bu barədə təqdim olunan hesabatın tam publikaya elan edilməməsi idi.