Dünən Avropa Liqasının 5-ci turu çərçivəsində səfərdə "Sent-Etyen"lə bərabərə qalan "Qarabağ" UEFA-nın reytinq cədvəlində olan mövqeyimizi daha da möhkəmləndirib. Futbolinfo.az xəbər verir ki, 54 ölkə arasında 29-cu olan Azərbaycan xal ehtiyatını 12.250 çatdırıb və 30-cu sırada olan Slovakiyadan daha da aralanıb. 
 
Hazırda mərkəzi avropalıların hesabında 12.250 xala sahibdirlər. 28-ci mövqedə qərarlaşan isə əmsalı 13.365-ə bərabərdi. Ağdamlılar son nəticələrdən sonra klub reytinqindəki xalların hesabını 10.450-yə qaldırmağa nail olublar və hazırda siyahıda 157-ci yerdə qərar tutublar.
 
Siyahıda ilk 3 yerə isə müvafiq olaraq İspaniyanın "Real", "Barselona" və Almaniyanın "Bavariya" klubu sahib çıxıb. 
 
Xatırladaq ki, klublarımızın bu il topladığı 3.375 xal rekord sayılır.
Shares: