İspaniya mətbuatı növbəti maraqlı iddia ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, “Barselona”ya yaxınlığı ilə tanınan “El Mundo Deportivo” qəzeti AÇ-2016-dan sonra katalonların başına Almaniya millisinin baş məşqçisi Yoahim Lövün gələ biləcəyini iddia edib.
Mənbədə qeyd olunur ki, La Liqada çalışmaq Lövün arzusu olub. Üstəlik, “Barselona” rəhbərliyi də onun futbol fəlsəfəsini bəyənir.
Qeyd edək ki, “Barselona” 2003-ci ildə də Löv ilə anlaşmağa çox yaxın olsa da, razılıq baş tutmamışdı.