Fransa nəhəngi PSJ "Real"ın yarımmüdafiəçisi İskonu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu haqda NEOX telekanalı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, Paris klubu ispan futbolçuya görə 80 milyon avro ödəməyə hazırdı.
Xatırladaq ki, UEFA mayda maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə PSJ-ni cəzalandırmışdı. Son Fransa çempionu 60 milyon avro dəyərində cərimələnmişdi və transfer qadağalarına məruz qalmışdı. Ancaq sonradan sözügedən cəza yumşaldılıb. İsko isə 2013-cü ildə Digər İspaniya La Liqası təmsilçisi "Malaqa"dan "Real"a 20 milyon avroya transfer olunmuşdu.