Anqolanın "Kabuskorp" klubunun prezidenti Bentu Kanqamba Kriştianu Ronaldonu ölkəsinə dəvət edib. Futbolinfo.az xəbər verir ki, Kanqamba portuqaliyalı futbolçunu imkanları məhdud olan insanlara dəstək üçün xeyriyyə aksiyasında iştirak etməyə çağırıb.
Mənbənin məlumatına görə, Ronaldo bu çağırışa müsbət cavab verib. "Real”ın portuqal ulduzu üçün uyğun vaxt seçimi qalır.
Qeyd edək ki, "Kabuskorp" bir neçə dəfə məşhur futbolçuları Anqolaya dəvət edib. 2012-ci ildə braziliyalı dünya çempionu Rivaldo Qərbi Afrikada yerləşən bu ölkəyə səfər etmişdi. Hazırda isə klub Ronaldinyonu da Anqolaya gətirməyə çalışır.