"Milan"ın vitse-prezidenti Adriano Qalliani klubun qış transfer dönəmi üçün planını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, "rossionerlər"in fanatlarına qarşıdakı qış fasiləsində yeni transfer gözləməməyi tövsiyə edib:
"Bizim heyətdə 28 oyunçu var. Əgər heç kim satılmasa, yeni transfer etmək mümkün olmayacaq. "Milan" Çempionlar Liqası və İtaliya kubokunda mübarizə aparır. 2015-ci il Asiya kuboku ilə əlqədar yanvarda Hondanın xidmətindən yararlana bilməyəcəyik. Amma onun yoxluğunu heyətdə olan digər oyunçularla kompensasiya etməyə çalışacağıq. Xaricdən futbolçu gətirməyə hazırlaşmırıq. "Roma" ilə matçdan sonra Keisuke fevrala qədər bizi tərk edəcək. Əlbəttə, buna təəssüf edirik".
Qalliani "Milan"da istənilən oyunu sərgiləməyən Campaolo Patsinini yanvarda transferə çıxacaqları barədə xəbərləri də təkzib edib: "Patsini barədə çox şey bilmirəm. Filippo İnzaqidən soruşsaz, daha məqsədəuyğun olar. O, heç vaxt klubdan getmk istəməyib. Biz də onu satmaq istəməmişik".