Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov, yarımmüdafiəçi Rəhman Hacıyev və müdafiəçi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Samsunspor"la qarşılaşıb. Görüş Qaziantep təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq 89-cu dəqiqədə əvəzlənib. Cavadov sona qədər ehtiyat oyunçular skamyasında otursa da, Hacıyevin adı heç matçın iştirak ərizəsində də olmayıb.
 
Qeyd edək ki, "Qaziantep BB" bu matçdan sonra 11 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Shares: