Bu gün Topaz Premyer Liqasında 14-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
 
Tura Bakıda start verilib. Paytaxtın eyni adlı klubu evdə “İnter”i qəbul edib. Autsayderlər sırasında qərarlaşan “zolaqlılar” doğma meydanda güclü rəqibinə 0:1 hesabı ilə boyun əyib. 
 
Bu matçın başlamasından 1 saat sonra “AZAL Arena”da start fiti səslənib. AZAL doğma divarlar arasında “Sumqayıt”ı sınağa çəkib. Son sıralarda qərarlaşan “təyyarəçilər” bir pillə önlərindəki “kimyaçılar”ı 3:2 hesabı ilə məğlub edib.
 
Bakıdakı üçüncü görüş isə “Bakcell Arena”da baş tutub. “Neftçi” doğma azarkeşləri qarşısında “Qəbələ” ilə üz-üzə gəlib. Son turdakı “Xəzər Lənkəran” matçında 1 xalla kifayətlənən “ağ-qaralar” bu dəfə də eyni aqibətlə üzləşib. Bakılılar cari mövsüm elə də güclü təsir bağışlamayan Dorinel Muntyanunun komandası ilə qolsuz bərabərə qalıb.
 
Qeyd edək ki, cari tura sabah keçiriləcək "Simurq" – "Qarabağ" matçı ilə yekun vurulacaq.
 
 
Topaz Premyer Liqası
14-cü tur
 
29 noyabr (şənbə)
"Bakı" – "İnter" – 0:1 
QOL: M. Alvaro, 40
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
"Bakı": 1. Aqil Məmmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 6. Vüqar Bəybalayev, 37. Mikayıl Rəhimov, 30. Cəmşid Məhərrəmov (k), 10. Nurlan Novruzov, 22. Risto Ristoviç, 7. Nuran Qurbanov, 85. Jaba, 11. Tural Qürbətov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 20. Valeh Seyidov, 45. Mahir Mədətov, 4. Ülvi Süleymanov, 56. Qeyrət Əliyev, 9. Raul Yaqubzadə , 21. Elşad Manafov.
Baş məşqçi: İbrahim Uzunca
 
"İnter": 1. Giorgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 12. Franka Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 13. Mirsahib Abbasov, 15. Yohan Bokonyano, 28. Baçana Sxadadze, 30. Abbas Hüseynov.
Məşqçi: Zaur Svanadze
 
AZAL – "Sumqayıt" – 3:2 
QOL: R. Abdullayev, 39, V. İqbekoyi, 63, N. Məmmədov, 73 – O. Əliyev, 45, T. Mikayılov, 51
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
“AZAL Arena”

AZAL: 16. Stanislav Namaşko, 15. Oskars Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 30. Seymur Əsədov, 22. Eltun Yaqublu. Baş məşqçi: Tərlan Əhmədov

"Sumqayıt": 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k) , 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar  Həsənalızadə. 
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 45. Murad Ağayev, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov

 
"Neftçi" – "Qəbələ" – 0:0
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
“Bakcell Arena”

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə (k) , 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 
23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 12. Pavel Doroşevs, 3. Denis Silva, 9. Flavinyo, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 28. Emin Mehtiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov
 
“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 8. Markus Vidal, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristea, 13. Murad Musayev, 21. Yazalde Pinto, 27. Bəxtiyar Soltanov, 28. İbrahim Aslanlı, 99. Tellur Mütəllimov.   
Baş məşqçi: Dorinel Munteanu
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp