"Mançester Yunayted" Radamel Falkao ilə müqavilə imzalamaq fikrində deyil. Futbolinfo.az xəbər verir ki, bu haqda "Daily Express" məlumat yayıb.
Yayda icarə əsasında “mankunyanlar”a transfer olunan kolumbiyalı hücumçunun çıxışı hələ ki, rəhbərliyi qane etmir. Əgər “qırmızı şeytanlar” onun çıxışından razı qalarsa, mövsümün sonunda rəsmi müqavilə imzalana bilər.
Bunun üçün ingilis klubu 43,5 milyon funt -sterlinqindən keçməlidi. Lakin zədə problemi Falkaoya mane olur. O, İngiltərə premier Liqası təmsilçisinin əsas heyətində hələ də möhkəmlənə bilməyib.
Belə olan halda, "qırmızı şeytanlar" Falkaonun boşluğunu PSJ-nin forvardı Edinson Kavani ilə doldurmaq fikrinə düşüb. Paris klubu isə uruqvaylını yüksək məbləğə satmaqla yanaşı, Kavaninin qarşılığına Falkaonu da transfer etmək istəyir. Mümkün keçid 50 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.