Topaz Premyer Liqasının 14-cü turunda oyun keçirməyəcək “Xəzər Lənkəran” yenidən məşqlərə ara verib. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” noyabrın 28-də “Bayıl Arena”da keçirdiyi növbəti məşqin ardından sərbəst buraxılıb.
Belə ki, İki gün istirahət edəcək komanda dekabrın 1-də bir araya gələrək, hazırlıqlara davam edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın 15-ci turu çərçivəsində, dekabrın 7-də “Qəbələ” klubunu qəbul edəcək. Oyun gününə qədər “Fırtınalar meydanı”nın yeni ot örtüyü tam qaydasına düşərsə, qarşılaşma Lənkəranda baş tutacaq.
(12cioyuncu)