Türkiyə təmsilçisi “Qalatasary” yeni baş məşqçisi Həmzə Həmzəoğlunu ən qısa zamanda rəsmən təqdim edəcək. Futbolinfo.az xəbər verir ki, artıq 44 yaşlı çalışdırıcının köməkçiləri də bəlli olub.
 
Belə ki, o, “Akhisar BS”də birlikdə çalışdığı məşqçiləri də yeni komandasına dəvət edib. Bunlar, Fuat Buruk, Yıldırım Uran, Sərkan Selman və qapıçı məşqçisi Mətin Mərtdi. “Sarı-qırmızılar”ın qolkiperlər üzrə çalışdırıcısı Klaudio Taffarel isə Həmzəoğlu ilə daha çox fakir mübadiləsi aparacaq və onun ən yaxın köməkçisi olacaq.
 
Qeyd edək ki, türkiyəli çallışdırıcı 2011-14-cü illərdə Superliada “Akhisar BS” ilə uğurlu bir dövr keçirdikdən sonra özünü millidə sınamaq qərarına gəlmişdi. O, həmçinin futbolçu karyerası dönəmində "sarı-qırmızılar"ın (1991-1995) formasını geyib. 
Shares: