A Seriyasında çıxış edən "Atalanta" klubunun fanatlarını cəzalandırılıb. xəbər verir ki, Berqamo təmsilçisinin azarkeşləri 3 ay ərzində komandanın səfər oyunlarına buraxılmayacaq. Buna səbəb kimi onların polislə münaqişəyə girməsi göstərilir. Çempionatın son turunda "Roma"ya məğlub olan "Atalanta"nın bir qrup azarkeşi təhlükəsizlik qüvvələrinə daş və şüşə materiallarla hücum etmişdi.
 
İtaliyanın Daxili İşlər naziri Angelino Alfano bu qərarı qəbul edilməsində əsas fiqurdu. Beləliklə, avqustdan bəri ilk dəfə xuliqanlığa dair qaydaların pozulmasına görə cəza təyin edilib. Alfano ümid edir ki, azarkeşlərin 3 aylıq diskvalifikasiyası digər klubların tərəfdarları üçün ibrət olacaq.
Shares: