"Barselona" FIFA-ya transfer üçün müraciət edib. Katalonlar əməliyyat səbəbindən daha 5 ay meydanlardan uzaq qalması gözlənilən Tomas Vermalenin əvəzində oyunçu almaq istəyir.
 
Lakin məlum olduğu kimi FİFA İspaniya nəhənginə 1 illik transfer qadağası qoyub. İspaniya Futbol Federasiyası isə 5 ay və ya daha artıq müddət oynamayan futbolçuların əvəzində oyunçu transfer edilməsinə icazə verir. Bunu əsas götürən “Barsa” rəhbərliyi də ali futbol qurumundan 1 futbolçu almaq üçün icazə istəyib. Hələ ki, FİFA müraciəti cavablandırmayıb.
 
Qeyd edək ki, mövsümün əvvəlində “Arsenal”dan transfer edilən Vermalen hələ ki, “Barselona” formasıyla rəsmən debüt edə bilməyib.
Shares: