Madrid “Real”ının rəhbərliyi UEFA-ya bəyanat ünvanlayıb. Buna səbəb qurum rəhbəri Mişel Platinin ötən günlərdə “Qızıl top” haqqında verdiyi açıqlamadı: “Qızıl top”u DÇ-2014-ün qaliblərindən biri almalıdı”.
Məhz bu açıqlamaya görə, "Real” rəhbərliyi uğurlu bir il keçirmiş futbolçuları Kriştianu Ronaldonun mükafatdan məhrum ola biləcəyini iddia edib.
“Kral Klubu” UEFA prezidentinin söylədiyi fikirlərin qalibin müəyyənləşməsində rol oynayacağından narahatdı. Lakin hələ ki, bu il Ronaldoya Avropanın ən yaxşı futbolçusu mükafatını öz əlləriylə təqdim edən Platini komandaya heç bir rəsmi cavab verməyib.
Qeyd edək ki, 4 il öncə də Platini "Qızıl top"un dünya çempionu olmuş İspaniya millisinin üzvünə verməyi istəsə də, mükafat Messiyə qismət olmuşdu. 2013-cü il "Qızıl top" mükafatnının təqdimatından sonra da fransız futbol adamı mükafatın Ronaldoya deyil, Frank Riberiyə verilməsinə tərəfdar çıxmışdı.