Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə “Sent-Etyen”lə 1:1 bərabərə qalan "Qarabağ" artıq vətənə qayıdıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində sabah Zaqatalada “Simurq”la qarşılaşacağı üçün Fransadan bir başa Qəbələyə gəlib.
 
Şəhər aeroportonda "Qəbələ" azarkeşləri ağdamlıları coşqu ilə qarşılayıb.  
 
Qeyd edək ki, "Simurq" – "Qarabağ" matçı noyabrın 30-u, saat 17:00-da başlayacaq.

Shares: