Topaz Premyer Liqasının 14-cü turunda "Bakı" doğma azarkeşləri önündə "İnter"i qəbul edir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi olacağı gözlənilən Robert Prosineçki də var.
Bundan əlavə, AFFA-nın baş katibi Elxan Məmmədovda matçı izləyənlər arasındadı. Prosineçki matçın 20-ci dəqiqəsindən sonra stadiona gəldi. Məmmədov isə xorvatiyalı mütəxəssisdən 10 dəqiqə öncə matçın keçirildiyi arenaya təşrif buyurub.