“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “İnter” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis evdəki 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza qol vuruldu. Biz ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki, həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər”.