“İnter”in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Bakı” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, səfərdəki 1:0 hesablı qalibiyyəti belə şərh edib:
 
“Oyunumuz alınmadı. Buna baxmayaraq, qələbə qazandıq. Sürətli hücumlar az idi. Biz bunu analiz edəcəyik. Problemləri aradan qaldırmağa çalışacağıq. Hər şeyə rəğmən, komandamızı təbrik edirəm”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp