Topaz Premyer Liqasının 14-cü turunda "İnter" səfərdə "Bakı"nı 1:0 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze cəza səbəbi ilə matçı tribunadan izləyib.
 
Gürcü çalışdırıcı AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına baxmayaraq, bu qarşılaşmada da sakit dayanmayıb. 
 
Belə ki, oyunun son dəqiqəsində "İnter"in hücumu zamanı Baçana Sxadadzenin cərimə meydançasının daxilində yerə yıxılmasından sonra matçı idarə edən Elvin Əsgərov "davam" deyib. Əsgərovun bu qərarı isə tribunada olan ata Sxadadzeni özündən çıxarıb. O, hər kəsin eşidəcəyi tərzdə qarşılaşmanın baş hakimi təhqir edib. Hadisə əməkdaşımızın diqqətindən yayınmayıb. Görünür İntizam Komitəsinin Kaxaber Sxadadzeyə verdiyi cəza ona bəs etməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp