“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən AZAL matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis səfərdəki 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
 
“Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı.Rəqibi təbrik edirəm. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xəttlə bağlıdı. Biz hesabda irəlidə olduğumuz vaxtda  adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp