AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Sumqayıt” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis evdəki 3:2 hesablı qələbəni belə şərh edib:
 
“Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda  işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik. Düşünürəm ki, bu gün ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi.  Çoxdandı ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp