Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Aalen"la qarşlaşıb. Görüş qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Erat meydana çıxmağa şans tapmayıb. 
 
Qeyd edək ki, "Fortuna" hazırda 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp