Bir neçə gün öncə Türkiyənin “Qalatasaray” klubunun baş məşqçi postundan istefaya göndərilən Çezare Prandelli özünə yeni iş yeri tapmaq üzrədir. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin “Parma” klubunu çalışdıra bilər. 
 
Yerli mətbuatın yazdığına görə, A Seriyasında son sırada (12 turda 6 xal) yer alan klub hazırda baş məşqçisizdi və onlar 57 yaşlı çalışdırıcı ilə son sıralardan qurtulmaq istəyirlər. 
 
Qeyd edək ki, Prandelli cari mövsümün əvvəlindən İstanbul təmsilçisini çalışdırırdı. O, uğursuz nəticələrə görə komandadan göndərildi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp