“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Neftçi” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis səfərdəki 0:0 hesablı heç-heçəni belə şərh edib:
 
“Maraqlı və gərgin oyun oldu. “Neftçi” Azərbaycanın güclü komandalarından biridi. Biz bundan öncəki oyunda da “Neftçi” ilə heç-heçə etmişdik. Deyərdim ki, bu oyunda təhlükəli epizodlarımız oldu.  Düzdü, 1 xal qazandıq. Amma biz 3 xal arzulayırdıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp