Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
 
Manisalılar səfərdə "Osmanlıspor"la üz-üzə gəlib. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç bu oyunda 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, hazırda "Manisaspor" 10 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp