Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə “Altınordu” ilə üz-üzə gəlib. Görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu matça start heyətdə çıxan Şükürov isə sona qədər mübarizə aparıb.
 
Qeyd edək ki, hazırda "Karşıyaka" 17 xalla turnir cədvəlinin 6-cı pilləsinə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp