Almaniya Regional Liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrüken” də növbəti matçına çıxıb. 
 
Adıçəkilən komanda səfərdə "Frayburq"la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur son 2 dəqiqədə meydana çıxa bilən Dadaşovun adı bu dəfə heç iştirak ərizəsində də yer almayıb.
 
Qeyd edək ki, "Saarbrüken" hazırda 40 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp